12:34 / 13-05-2025
Sabah yağış yağacaq
Nazirdən yeni yaradılan idarələrlə bağlı açıqlama: "Saat bölgüsü məktəb rəhbərliyi və ya da..."
Tarix: 21-12-2021 10:36 | Bölmə: Cəmiyyət
Nazirdən yeni yaradılan idarələrlə bağlı açıqlama: "Saat bölgüsü məktəb rəhbərliyi və ya da..."

"Regional təhsil idarələri iqtisadi rayonlar üzrə yaradılacaq".

Reyting.az
xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, bu struktur yerlərdə təhsil şöbələrinin ləğvi anlamına gəlmir: "Sadəcə onlar idarələrin tabeliyində fəaliyyət göstərəcək. Əvvəlki sistem əlaqəli deyildi. Yeni idarələr imkan verəcək ki, təhsil fəaliyyəti vahid formada olsun. Bu gün təhsil sistemi müəyyən səbəbdən mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərir. Saat bölgüsü məktəb rəhbərliyi və ya Regional təhsil idarələrinin rəhbərləri tərəfindən həyata keçirilməlidir".

Nazir bildirib ki, rayon təhsil şöbəsində çalışan işçilər işsiz qalmayacaq: "Əgər onlar həmin şöbələrdə dövlət qulluğunda daimi müqavilə ilə çalışırdılarsa, yeni strukturda işlə təmin olunacaqlar. Yerli idarəetmə strukturunda və ya idarənin özündə təyinat məsələsinə baxılacaq". 




Bölməyə aid digər xəbərlər
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq