12:34 / 13-05-2025
Sabah yağış yağacaq
“Omikron”un fotoşəkili dərc olunub - Foto
Tarix: 21-12-2021 16:29 | Bölmə: Cəmiyyət
“Omikron”un fotoşəkili dərc olunub

Virusologiya və biotexnologiya üzrə dövlət elmi mərkəzi “Vektor” öz dərgisində “omikron” ştammının fotoşəklini çap edib.

Bu barədə Rusiya istehlakçılarının hüquqlarına nəzarət agentliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, alimlər yeni ştammın formalarını, ölçülərini və üzdə yerləşən strukturunu araşdırmaq üçün laboratoriya şəraitində “VeroE6”-nın hüceyrələrini “omikrona” yoluxdurublar. Altı gündən sonra virus səthdən ayrılaraq, onun yetişdirildiyi xüsusi flakonlara yerləşdirilib.

Fotoşəkillərdə hüceyrədaxili şəbəkənin genişlənmiş kanalcıqlarına bənzəyən qabarcıqlar nəzərə çarpır. Bu kanalcıqların iştirakı ilə zülalın, lipidlərin və digər maddələrin sintezi və daşınması baş verir.



Alimlər aşkar ediblər ki, virus zərrəciyinin formalaşdığı qabarcıqların membranına ştammın struktur zülalları düzülür və bundan sonra başqa hüceyrə ilə görüşəndə onun davranışını müəyyənləşdirir.

“Omikron”la bağlı təcrübədə görünən qeyri-adilik odur ki, yeni ştamm asta toplanır və digər ştammlardan fərqli olaraq, yoluxmanın birinci həftəsində hüceyrələrin kütləvi məhvinə gətirib çıxarmır”, – məlumatda deyilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq