12:34 / 13-05-2025
Sabah yağış yağacaq
Moskvada şaxta yarıməsrlik rekordu qırıb
Tarix: 22-12-2021 11:57 | Bölmə: Cəmiyyət
Moskvada şaxta yarıməsrlik rekordu qırıb

Dünən axşam Rusiya paytaxtında havanın temperaturu mənfi 22,2 dərəcəyə düşüb. Bu, son 54 ildə dekabrın ən şaxtalı gecəsi sayılıb.

Reyting.az
Rusiyanın elektron KİV-lərinə istinadla xəbər verir ki, bu barədə “Fobos” proqnoz mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkoves bildirib.

Onun sözlərinə görə, ötən gecə Moskvada termometrin göstəricisi minus 22,2 dərəcəni göstərib. O, ölkə paytaxtının son 54 il ərzində ən şaxtalı gecəsini yaşadığını təsdiqləyib: “Mərkəzi Rusiyaya qütb müdaxiləsi özünün pik həddinə çatıb. Bu səbəbdən paytaxtda kəskin şaxtalı iqlim şəraiti hökm sürür. Moskva ətrafında hava mənfi 25,1 dərəcəyədək düşüb. Ən aşağı temperatur isə Çerusti rayonunda qeydə alınıb: mənfi 28,8 dərəcə”.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq