18:40 / 14-09-2025
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
17:39 / 14-09-2025
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
17:31 / 14-09-2025
Prezident Şuşakənddə görülən işlərlə tanış olub - Fotolar
17:22 / 14-09-2025
Xankəndidə terrora cəhd edən erməni saxlanılıb, yaralı var
15:37 / 14-09-2025
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14:57 / 14-09-2025
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
13:50 / 14-09-2025
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
13:22 / 14-09-2025
Sabah yağış yağacaq
13:17 / 14-09-2025
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
11:49 / 14-09-2025
Qar və leysan yağır, çaylardan sel keçir
10:29 / 14-09-2025
Dünya çempionatı Bakıda keçiriləcək
10:10 / 14-09-2025
Bayramov Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək
10:05 / 14-09-2025
İki qəzada üç nəfər həyatını itirib
20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
18:41 / 13-09-2025
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
16:41 / 13-09-2025
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
06:10 / 11-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

22:00 / 09-09-2025

21:32 / 10-09-2025

20:48 / 13-09-2025

14:28 / 10-09-2025

18:29 / 12-09-2025

15:14 / 12-09-2025

17:29 / 10-09-2025

09:46 / 11-09-2025

23:25 / 09-09-2025

Bakı Apellyasiya Məhkəməsi Yasamaldakı silsilə saxtakarlığa son qoymasa, Konstitusiya Məhkəməsinə şikayət ediləcək
Tarix: 22-12-2021 13:00 | Bölmə: Cəmiyyət

Araşdırma mətbuatın vacib funksiyalarından biridir. Artıq beşinci aydır ki, bəzi KİV-lərdə, eləcə də Reyting.az da “Caspian Service” MMC-nin həmtəsisçisi Rəhim Sultanova qarşı törədilmiş dələduzluq faktı ilə bağlı Yasamal Rayon Polis İdarəsində açılmış cinayət işinə dair yazılar paylaşılır. Cinayət işindəki süründürməçilik, 2015-ci ildən qaldırılmasına baxmayaraq, bu günə kimi nəticəsinin olmaması, işin gah xitam edilməsi, gah da istintaqın gedişatına təzyiqlər barədə məlumatlar verilir.
Bir müddət əvvəl həm KİV-lər, həm də zərərçəkən tərəf bildirirdi ki, məsələ ictimailəşdikdən sonra problem tezliklə qanuni həllini tapacaq. Təəssüf ki, hələ də, Yasamal rayon hüquq-mühafizə orqanlarından ədalətli qərar əldə etmək mümkün olmayıb. Daxil olan məlumatlardan belə anlaşılır ki, rayon hüquq-mühafizə orqanları dələduzluqda təqsirli bilinən şəxsləri məsuliyyətə cəlb etməmək üçün ardıcıl saxtakarlıqlara yol verirlər.
İstintaqda baş verən saxtakarlıq haqqında əvvəlki yazılarımızda məlumat vermişdik. Bu qanunsuzluğun qarşısını almağa cavabdeh olan məhkəmə isə daha da irəli gedərək saxtakarlığa göz yumur.

Murad Məmmədov
Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədov tərəfindən məhkəmə nəzarəti qaydasında baxılan işdə zərərçəkən Rəhim Sultanova qarşı törədilən qanun pozuntularını və elementar hüquq prosedurlarına əməl edilməməsini diqqətinizə çatdırırıq:
- məhkəmənin 16.11.2021-ci ildə qəbul etdiyi qərar 30.11.2021-ci ildə dəftərxanaya verilib, 01.12.2021-ci ildə poçtla yola salınıb və yalnız 04.12.2021-ci ildə R. Sultanova çatıb. Halbuki, məhkəmə nəzarəti qaydasında baxılan iş üzrə qərarlar təxirəsalınmadan təqdim edilməlidir.
- qərar Yasamal rayon prokuroruna, Yasamal rayon polis rəisinə, müstəntiqə göndərilib. Həmçinin həmin qərar 25.11.2021-ci ildə Elmaz Hüseynova da təqdim edilib. Halbuki, həmin şəxs iş üzrə tərəf deyil və heç bir subyektiv hüququ yoxdur. Həmin qərarı işə aidiyyəti olmayan şəxsə verməklə, məhkəmə təkcə qanunu pozmayıb, eləcə də, Rəhim Sultanovun şikayətini təmin edilmədikdən sonra, süni şəkildə həmin şəxsə şikayət hüququ tanıyaraq, apellyasiya qaydasında da özlərinə sərf edən qərar çıxarılmasına cəhd ediblər. Belə ki, apellyasiya qaydasında işə R. Sultanovun iştirakı olmadan baxılması, Yasamal Rayon Məhkəməsinin qanunsuz qərarının qüvvədə saxlanması məqsədi güdürdü.

- 16.11.2021-ci il tarixdə olan məhkəmənin yekun qərarı həmin günə rəsmiləşdirilsə də, üstündən 18 gün keçdikdən sonra zərərçəkmişə çatıb. Təsəvvür edin ki, həmin qərarı 25.11.2021-ci ildə iş üzrə heç bir hüququ olmayan şəxsə təqdim edəndə də, məhkəmə narahat olmayıb ki, axı qərarı şikayətçiyə və iş üzrə əsas şəxsə göndərməyib. Görəsən bu arxayınlıq məhkəmədə hardandır?
- Yasamal Rayon Məhkəməsində baş verən ən böyük qanun pozuntusu isə məhkəmə iclasında katibin iştirak etməməsidir. Lakin, hakim qərarında göstərib ki, guya katib Emin Kamil oğlu Əlizadə prosesdə katib olub. Bu barədə Məhkəmə-Hüquq Şurasına ayrıca şikayətlər edilib. Belə ki, məhkəmə iclasının audio-video yazısı tədqiq edilən kimi məlum olacaq ki, məhkəmə iclası katibin iştirakı olmadan keçirilib.
- hakim Murad Məmmədov iclasda təqdim olunan vəsatətə münasibət bildirməyib, qərar qəbul etmək üçün müşavirəyə çıxıb və müşavirə otağından qayıdandan sonra isə cinayət işi üzrə şikayətin təmin olunmadığını elan edib. Halbuki, vəsatət cinayət işinin məhkəməyə gətirilməsi ilə əlaqədar olub. Necə ola bilər ki, cinayət işi məhkəmədə tədqiq edilmədən, müstəntiqin xitam qərarının qanuni olub-olmaması barədə hakim qərar versin? Qərar elan edildikdən sonra vəsatətə niyə münasibət bildirmədiyi hakimə irad tutulduqda, o, vəsatətin rədd edildiyini bildirib. Qərar elan edildikdən sonra vəsatətə münasibət bildirməyin əhəmiyyətsiz olduğuna dair təkrar etiraz edildikdə isə, hakim deyib ki, qərarımda mövqeyimi əsaslandıraram. Lakin, qərar əldə edildikdən sonra məlum olub ki, qərarda heç bir əsaslandırma, ümumiyyətlə vəsatətə dair heç nə yoxdur.
Onu da qeyd edək ki, qərarı müşayət edən məktubda məhkəmələrdə kargüzarlıq haqqında təlimata zidd olan münasibət sərgilənib. Belə ki, məhkəmə elementar etik qaydalara riayət etməyib və tərəflərə xitab edərkən ayrı-seçkiliyə yol verib.
Ümumiyyətlə, Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədov tərəfindən qəbul edilən 16.11.2021-ci il tarixli qərarda qanun pozuntularını geniş açıqlamaq bir yazıya sığmır. Pozuntular, azacıq da olsa hüquq savadı olan şəxsdə sual yaradır: - bir qərarda bu qədər səhv edən hakimin məqsədi, qərəzi var, yoxsa elementar bilgisizlikdir?
Fikrimizi təsdiq etmək üçün aşağıdakı saxtakarlıqları diqqətinizə çatdırırıq:
- hakim məhkəmə iştirakçılarını elan etmir;
- iştirakçıların kimliyi və şəxsiyyəti müəyyən edilmir;
- hansı işə baxıldığı bilinmir;
- hakimə və katibə etiraz hüququ izah olunmur, ümumiyyətlə iclasda katib olmur;
- məhkəmə araşdırılması aparılmır;
- işdə olan yuxarı instansiya məhkəməsinin qüvvədə olan qərarı nəzərə alınmır.

Ən əsası, qərardan görünür ki, Yasamal rayon prokurorunun böyük köməkçisi Tural Yaqubov “şikayətin təmin edilməməsini və Yasamal Rayon Rolis İdarəsinin müstəntiqi C. Əhmədov tərəfindən qəbul edilmiş cinayət işinə xitam verilməsi haqqında 25.09.2021-ci il tarixli qərarın qanuni hesab edilməsini” xahiş edib. Halbuki, iclasda iştirak edən prokuror bildirib ki, hazırda cinayət işi Bakı Şəhər Prokurorluğundadır və nəticəsi barədə məlumat yoxdur. Cinayət işi üzrə yuxarı prokurorluğun qərarı olmadan rayon prokurorluğunun mövqe bildirməsi mümkünsüzdür. Bu nə deməkdir? Görəsən, bu qədər qanun pozuntusuna yol verməyə Yasamal Rayon Məhkəməsini nə və ya kim vadar edir?
Məhkəmə iclasında şikayətçi Rəhim Sultanovun əsaslı faktları qarşısında hakim qanunlara istinad etmədən qeyri-müəyyən cavablar verərək qanundan deyil, “praktikadan” danışıb. Bir faktı nəzərinizə çatdıraq: R. Sultanov hakim M. Məmmədova bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin qüvvədə olan qərarına görə cinayət işinə xitam verilə bilməz və həmin qərar qüvvədə olduğu halda, məhkəmə hansı əsasla şikayətimi təmin etməyərək, cinayət işinə xitam verilməsi ilə bağlı qərarı qüvvədə saxlayır? Hakimin cavabı sadə olur: “praktikada belə qərarlar olur…”.
Yasamal Rayon Məhkəməsinin sözügedən qərarından Bakı Apellyasiya Məhkəməsinə, həmçinin hakim Murad Məmmədovun qanunsuz hərəkətlərindən Məhkəmə-Hüquq Şurasına şikayət edilib. Həmçinin, şikayətlərin mətbuatda işıqlandırılması barədə hakimin məlumatı olub. Amma bütün bunlara baxmayaraq, hakim yenə də qanunsuz əməllərini davam etdirib. Şikayətin Apellyasiya Məhkəməsinə göndərilməsinə dair olan prosesdə yenə də katib olmayıb, iclasın aparılması qaydalarına riayət edilməyib, iştirak edən vəkilin izahatı ətraflı dinlənilməyib, həmçinin iş üzrə subyekt olmayan kənar şəxsin də şikayəti təmin edilib. Halbuki, həmin kənar şəxs üzürlü səbəb olmadan prosessual müddəti ötürüb. Belə ki, şikayəti 25.11.2021-ci ildə əldə edən şahid, 3 gün ərzində şikayət verməyib. Belə çıxır ki, hakim Murad Məmmədov tərəfindən qanunların pozulması potoloji hal alıb, ya da ki, hakim qanunsuz işlərə vərdiş edib.
Sonda diqqətinizə çatdırırıq ki, Yasamal Rayon Məhkəməsinin sözügedən iş haqqında məlum qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimli tərəfindən baxılacaq. Görəsən, Yasamal Rayon Məhkəməsinin, Yasamal Rayon Prokurorluğunun və Yasamal Rayon Polis İdarəsinin illərdir davam etdirdikləri silsilə saxtakarlığa bu instansiyada son qoyulacaq, yoxsa R. Sultanovun pozulmuş hüquqlarının bərpası üçün Avropa və Konstitusiya məhkəmələrinə müracət etməyə zərurət yaranacaq?
Zəruri qeyd: redaksiya qarşı tərəfin də fikirlərinə hörmətlə yanaşır və mövqeyini ictimailəşdirməyə hazırdır.
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:22
Sabah yağış yağacaq
Dünən, 15:48
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
12-09-2025, 18:29
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
12-09-2025, 17:23
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
12-09-2025, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
12-09-2025, 14:35
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
12-09-2025, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
12-09-2025, 12:53
Sabah yağış yağacaq
12-09-2025, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
12-09-2025, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
12-09-2025, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
12-09-2025, 00:55
Çimərlikdə qadınları videoya çəkən şəxs həbs edilib - Foto
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb
11-09-2025, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
11-09-2025, 17:06
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
11-09-2025, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
11-09-2025, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
11-09-2025, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
7-09-2025, 18:05
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var