09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Xaricdə təhsil almış 726 nəfərin diplomu tanınmayıb
Tarix: 23-12-2021 12:28 | Bölmə: Cəmiyyət
Xaricdə təhsil almış 726 nəfərin diplomu tanınmayıb

Bu il ərzində xaricdə təhsil almış 2278 Azərbaycan vətəndaşının diplomu tanınıb, 726 nəfərə mənfi cavab verilib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Eldar Orucov keçirdiyi brifinqdə bildirib.

Eldar Orucov deyib ki, bu il diplomların tanınması ilə bağlı quruma 3 004 müraciət daxil olub.

Onun sözlərinə görə, müraciətlərdən 76 faizinə (2278) müsbət, 24 faizinə (726) mənfi cavab verilib: "Diplomların tanınması ilə bağlı ortalama müddət bu il 3 dəfə aşağı düşüb. Belə ki, 2018-ci ildə baxılma müddəti 50 gün, 2019-cu ildə 40 gün, 2020-ci ildə 43, bu il isə 18 gün olub".

E. Orucov əlavə edib ki, xarici diplomların tanınmasından imtinaya səbəb sərhədkeçmənin və baza dil bilgilərinin yetərli olmamasıdır: "Xarici ölkədə təhsil alan şəxsin həmin ölkəyə gedib-gəlmə müddəti yetərli olmur. Ən əsas məsələ isə təhsil alınan ölkənin dil bilgiləri ilə bağlıdır. 4-5 il əyani tədris alan tələbə ilə həmin ölkənin dil bilgiləri üçün müsahibə aparılır. Bu, yalnız MDB və Gürcüstanda təhsil alanlara aiddir. Çünki real statistikaya görə, digər ölkələrdə təhsil alanlar həmin ölkənin dil bilgilərinə malik olurlar. Təəssüf ki, MDB və Gürcüstanda təhsil alanların əksəriyyəti sadə dil bilgilərinə belə malik olmurlar".




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq