09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Çin yenidən koronavirusun mərkəzinə çevrilir: 13 milyonluq şəhər qapadılıb
Tarix: 23-12-2021 18:07 | Bölmə: Cəmiyyət
Çin yenidən koronavirusun mərkəzinə çevrilir: 13 milyonluq şəhər qapadılıb

Çin 13 milyonluq əhalisi olan Xian şəhərini koronavirus epidemiyasının inkişaf etməsi səbəbindən qapadıb.

Reyting.az
xəbər verir ki, Çin hökuməti Xian şəhərində hər evdən bir nəfərə yalnız iki gündən bir bayıra çıxmaq icazəsi verib.

Qeyd edək ki, Çinin şimal-qərbindəki Şanxay əyalətinin paytaxtı olan Xianda yayılan yerli qaynaqlı koronavirusa yoluxmanın önünə keçmək üçün şəhərdə küçəyə çıxma qadağası dünən gecədən etibarən başlayıb. Bu gündən vətəndaşlara küçələrə çıxmamaq çağırışı edilib.

Xüsusi hallar istisna olmaqla, şəhərdaxili nəqliyyat və şəhərdən kənara səyahət qadağandır. Şəhər xaricinə səyahət etmək istəyənlər yola düşməzdən əvvəl mənfi COVİD-19 testi keçirməli və icazə almalıdırlar. Qeyri-vacib müəssisələr bağlansa da, epidemiyaya nəzarət qrupları və həyati vacib sektorlarda işləyənlər istisna olmaqla bütün vətəndaşlar yaşayış yerlərini tərk etmək üçün icazə almalıdırlar. Bundan əlavə, hər evdən yalnız 1 nəfərə 2 gündə bir dəfə evdən ilkin tələbat mallarını almaq icazəsi verilir. Bayıra çıxmaq qadağasının nə zaman sona çatacağı hələlik bəlli deyil.

Dekabrın 17-dən etibarən Xian şəhərində aşkar edilən koronavirusa yoluxanların sayı gündəlik artıb. Şəhərdə “Omikron” mutasiyasının yoluxma halı hələlik aşkarlanmayıb. Ən azı iki mərhələli kollektiv testin aparıldığı şəhərdə son 24 saatda 63 yerli mənşəli yoluxma qeydə alınıb.

Məlumat üçün qeyd edək ki, bu günə qədər Çində yalnız 7 “Omicron” ştammına yoluxma halı qeydə alınıb. Bunun da 4-ü cənubdakı Quançjouda, 2-si Çanqşada və 1-i Tianjində aşkarlanıb. Çin Milli Komissiyasının məlumatına görə, epidemiya başlayandan bəri ölkədə ümumilikdə 100 min 644 koronovirusa yoluxma faktı aşkarlanıb, 4 min 636 nəfər ölüb.

Bir sıra mütəxəssislər Çinin dərhal fəal mübarizəyə keçməsini təsadüfi saymır. Hesab edir ki, Pekin bu addımı ilə mümkün ola biləcək geniş dalğaların qarşısını almaqla iqtisadiyyatını qorumağa çalışır.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq