09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Süni virus təbii artımın qarşısında acizdir
Tarix: 24-12-2021 09:40 | Bölmə: Cəmiyyət
Süni virus təbii artımın qarşısında acizdir

Koronavirus infeksiyasına yoluxmuş anaların dünyaya gətirdiyi körpələrin böyük əksəriyyəti sağlam olur.

Reyting.az
-ın məlumatına görə, bunu “RİA Novosti”yə müsahibəsində Moskvadakı Filatov adına şəhər klinik xəstəxanasının baş həkimi Valeri Veçorko deyib.

Tanınmış həkimin sözlərinə görə, doğuşdan sonra körpə deyil, ana ciddi müalicəyə ehtiyac duyur: “Yeni doğulanların böyük əksəriyyəti tam sağlamdır. Onlar, bir qayda olaraq, özlərini yaxşı hiss edirlər, amma təəssüf ki, analarını koronavirusdan tam sağalana qədər xəstəxanada saxlamağa məcbur oluruq”.

Baş həkim müsahibəsində onu da qeyd edib ki, son günlər koronavirusa yoluxmuş hamilə qadınların sayında azalma müşahidə olunur və bu tendensiya, ümumiyyətlə, bütün xəstələrin arasında qeydə alınmaqdadır. Həkim Veçorko bu faktın onları sevindirdiyini və xəstəliyin qadınlara analıq sevincini yaşamağa mane ola bilmədiyini xüsusi olaraq qeyd edib.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq