09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 25-12-2021 12:29 | Bölmə: Cəmiyyət
Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında dekabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Reyting.az
xəbər verir ki, sabah mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 7-9° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-15° şaxta, gündüz 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq