09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Koronavirusdan sağalan şəxslər üç-dörd aydan sonra ciddi sınağa çəkilirlər
Tarix: 26-12-2021 15:10 | Bölmə: Cəmiyyət
Koronavirusdan sağalan şəxslər üç-dörd aydan sonra ciddi sınağa çəkilirlər

Tanınmış immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov koronavirusa yoluxanlarla bağlı maraqlı açıqlama verib.

Reyting.az
-ın News.ru-ya istinadla verdiyi məlumata görə, sahənin mütəxəssisi deyib ki, COVİD-19-a yoluxmuş üç kateqoriyadan olan insanlar - ahıllar, xroniki xəstəliyi olanlar və koronavirusu ağır keçirənlər üç-dörd aydan sonra yenidən ciddi sınağa çəkilirlər. Yəni, koronavirusdan müalicə alan bu xəstələr insult, infarkt, yaxud damarlarda tromb səbəbindən həyatlarını itirə bilərlər.

Həkim sözlərinə onu da əlavə edib ki, yoluxmanın bərpa dövründən imtina edildikdə, virusun əlamətləri daha sürətlə özünü göstərir. Başqa sözlə, COVİD-ə yenidən yoluxmuş həmin insanlar ilk baxışda guya sağalırlar, amma onlarda zəiflik, ürəyin, beynin fəaliyyətinin, psixikanın pozulması kimi əlamətlər qalır. Nəticədə, üç-dörd aydan sonra xəstə dünyasını dəyişir.

Tanınmış ekspert bildirib ki, bu kateqoriyadan olan xəstələr koronavirusdan ölüm statistikasına düşmürlər. Alimin qənaətinə görə, əgər bu gün müvafiq tədqiqatlar aparılsa, yuxarıda göstərilən səbəblərdən ölənlərin siyahısı çox uzun olar. İmmunoloq bu mərhələdə xüsusilə ürək-damar xəstələrinə ehtiyatlı davranmağı tövsiyə edir.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq