09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Mediasiya təşkilatlarında monitorinqlər davam etdirilir - Fotolar
Tarix: 26-12-2021 17:16 | Bölmə: Cəmiyyət
Mediasiya təşkilatlarında monitorinqlər davam etdirilir

“Mediasiya haqqında” qanunun tələblərinə uyğunluqların müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiya mediasiya təşkilatlarında monitorinqləri davam etdirir.

Reyting.az
xatırladır ki, Mediasiya Şurası İdarə Heyətinin 21.12.2021-ci il tarixlı qərarı ilə Xüsusi Komisiya yaradılıb. Komissiya mediasiya təşkilatlarının tələblərə uyğunluqlarının müəyyən edilməsi və onların gələcək fəaliyyətinin zəruri monitorinqini aparmaq üçündür.

Komissiyanın 9 nəfər tərkibi var və ilk gündən fəaliyyətə başlayıb.

25.12.2021-ci ildə Xüsusi Komissiyanın sədri Bəylər Məmişov, üzvləri Esmira Hüseynova, Mayıl Əhməd, Fərhad Mehdiyev, Elçin Həsənov, Anar İsayev Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 10 E ünvanında yerləşən 5 saylı mediasiya təşkilatında olmaqla, təşkilatın interyer şəraiti ilə tanış olub, o cümlədən mediasiya sessiyalarının keçirilməsi üçün şəraitin monitorinqini aparıblar. 5 saylı mediasiya təşkilatının təsisçisi Taleh İbrahimov təşkilatda fəaliyyət göstərəcək mediatorlara müraciət edən vətəndaşlar və mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış işgüzar şəraitlə bağlı, o cümlədən təşkilatda kargüzarlıq işinin qanunvericiliyin tələbinə uyğun qurulması barədə Komissiya üzvlərinə məlumat verib.

Xüsusi Komissiyanın üzvləri təşkilatın yerləşdiyi qeyri-yaşayış sahəsində mediasiya prosesləri zamanı mediatorlarla vətəndaşların görüşləri üçün yaradılaraq xüsusi dizaynla təmir edilmiş, zəruri mebellə təchiz olunmuş otaqların şəraiti ilə tanış olublar.

Komissiya tərəfindən də ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.07.2019-cu il tarixli, 308 saylı qərarı ilə müəyyənləşmiş ödənişlərlə əlaqədar şəffaflığın təmin edilməsi və bununla vətəndaş məmnunluğu istiqamətində zəruri tədbirlərin görülməsi üçün təşkilatın təsisçisi Taleh İbrahimova müvafiq tövsiyələr verilib.

Sonda Komissiya tərəfindən təşkilatın ofisinin “Mediasiya haqqında” qanunun 11.3.3-cü maddəsinin tələbinə uyğunluğu yoxlanılıb və təşkilatın Mediasiya Şurasının reyestrinə daxil edilməsi məsələsinin müzakirəsi ilə bağlı İdarə Heyətinə təqdim olunması üçün rəy tərtib olunub.








Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq