09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
BMT-nin Baş katibi: “Yeni pandemiyaya hazır olun”
Tarix: 27-12-2021 08:38 | Bölmə: Cəmiyyət
BMT-nin Baş katibi: “Yeni pandemiyaya hazır olun”

“COVİD-19 pandemiyası bəşəriyyətin yaşadığı sonuncu fəlakət olmayacaq, buna görə indidən növbəti və daha çətin sınağa hazırlaşmağımız zəruridir”. Reyting.az-ın məlumatına görə, bu xəbərdarlığı “Twitter” səhifəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş edib.

Bu gün dünyada Epidemiyaya qarşı beynəlxalq hazırlıq Günü qeyd olunur. BMT-nin Baş Assambleyası bunu ötən ilin noyabrında elan edib.

Millətlər Təşkilatın rəhbəri bu günün şərəfinə özünün “Twitter” səhifəsində bəyan edib ki, COVID-19 bəşəriyyətə təhlükə yaradan heç də axırıncı virus olmayacaq və biz hər şeyə əvvəlcədən hazır olmalıyıq: “İndi biz səhiyyə sahəsində pandemiya böhranı ilə necə mübarizə aparırıqsa, növbəti sınaqlara da ciddi hazırlaşmalıyıq”.

Baş katib bu problemə xüsusilə Epidemiyaya qarşı beynəlxalq hazırlıq Günündə diqqət ayırmağı təklif edib.

Qeyd edək ki, hazırda ən ağır epidemioloji vəziyyət ABŞ, Hindistan, Braziliya və Böyük Britanyadadır. Koronavirusa yoluxma hallarının çoxalması fonunda Ümumdünya Səhiyyə Təşkilatı elmi tədqiqatlar və yeni müalicə üsulları üzrə proqramlarını sürətləndirib. Bu proqramların əsas vəzifəsinə COVİD-19-la mübarisə üçün nəzərdə tutulan effektli peyvəndlərin, diaqnostik üsulların və dərman vasitələrinin işlənib hazırlanması daxildir.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq