09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Kürdəmir sakini dayısını güllələyib
Tarix: 27-12-2021 15:22 | Bölmə: Cəmiyyət
Kürdəmir sakini dayısını güllələyib

Kürdəmir sakini dayısını güllələyib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinə dekabrın 25-də Qarasu kəndi ərazisində kənd sakini E.Teyyubovun dayısı F.Cəbrayılova məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən F.Cəbrayılovun qol nahiyələrindən xəsarət alması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilmiş, hadisə yerindən müvafiq sənədləri olan “MR-43” markalı ov tüfəngi götürülüb.

F.Cəbraylov xəstəxanaya yerləşdirilib, faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq