13:22 / 14-09-2025
Sabah yağış yağacaq
Cəbrayıl polisi nəzarət postlarında bir neçə şəxsdə silah-sursat aşkarlayıb
Tarix: 27-12-2021 16:18 | Bölmə: Cəmiyyət
Cəbrayıl polisi nəzarət postlarında bir neçə şəxsdə silah-sursat aşkarlayıb

Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun inzibati ərazisində yaradılan nəzarət postlarında aparılan yoxlamalar zamanı bir neçə şəxsdən qanunsuz olaraq əldə edilən müxtəlif növ silah-sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reyting.az-a verilən məlumata görə, cari il ərzində Cəbrayıl RPŞ-nin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri çərçivəsində yoxlamalar aparılarkən qanunsuz olaraq silah-sursat əldə edən şəxslər müəyyən edilib.

Həmin şəxslərin barələrində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Aşkarlanan 1 avtomat, 2 qumbara, 4 minaatan mərmisinə məxsus başlıq, 1 nişangah qurğusu, 1 sandıq və 1749 müxtəlif çaplı partonlar aidiyyəti üzrə təhvil verilib.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq