09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Rusiyada qalan 600-dək Azərbaycan vətəndaşı quru yolla ölkəyə qayıdıb
Tarix: 27-12-2021 17:34 | Bölmə: Cəmiyyət
Rusiyada qalan 600-dək Azərbaycan vətəndaşı quru yolla ölkəyə qayıdıb

Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Rusiya Federasiyasında qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması təmin olunur.

Bu proses artıq bir neçə gündür həyata keçirilir.

Belə ki, gün ərzində “Samur” gömrük-sərhəd buraxılış məntəqəsindən ölkəyə daxil olan vətəndaşlardan koronovirus testi götürülür və bir günlük Qubada karantində saxlanılırlar. Testi neqativ çıxanlar isə bir gündən sonra evə buraxılır.

Altı gündür davam edən prosesin bu gün yekunlaşdırılması nəzərdə tutulub. Ümumilikdə 600-dək vətəndaşın ölkəyə qayıdışı təmin olunub/APA.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq