09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Azərbaycana “Turkovac” peyvəndi gətirilir
Tarix: 30-12-2021 11:56 | Bölmə: Cəmiyyət
Azərbaycana “Turkovac” peyvəndi gətirilir

“CNN TÜRK” telekanalının verdiyi məlumata görə, bu gündən etibarən COVİD-19 koronavirusuna qarşı vətəndaşlara yerli “Turkovac” peyvəndi vurulmağa başlanır.

Bu barədə mediaya geniş açıqlama verən Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca türkiyəli elm adamlarının gərgin zəhmətinin nəticəsi olan yerli peyvəndin heç bir mənfi təsirinin olmadığını əminliklə söyləyib. Vətəndaşları “Turkovac” peyvəndinə üstünlük verməyə çağıran nazir nümunə olaraq özünə yerli peyvəndin vurulmasını canlı efirdə nümayiş etdirib.

Qeyd edək ki, yaxın günlərdə “Turkovac”ın ilk partiyasının Azərbaycana gətiriləcəyi gözlənilir.

Xəbərlərdə o da qeyd olunur ki, yeni peyvəndin tədqiqatlarının üçüncü fazası Bakıda aparılacaq və bu məqsədlə qardaş ölkədən ekspert qrupu Azərbaycana təşrif buyuracaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq