09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
DİM: "Abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar üzrə iş gedir"
Tarix: 30-12-2021 12:40 | Bölmə: Cəmiyyət
DİM: "Abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar üzrə iş gedir"

DİM-in Biologiya və tarix fənləri üzrə işçi qruplarının iclası keçirilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Reyting.az-a verilən məlumata görə, iclasda gündəlik məsələ bu il keçirilən II və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə olunan tapşırıqların imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, nominasiya və mövzulara uyğunluq baxımından təhlili olub.

Təhlil nəticəsində abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqların izahlı şərhinə dair metodik tövsiyələr hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

İşçi qruplarının növbəti iclası 6 yanvar 2022-ci il tarixində keçiriləcək.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq