09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Tünd spirtli içki koronavirusa qarşı müqaviməti gücləndirir
Tarix: 30-12-2021 22:23 | Bölmə: Cəmiyyət
Tünd spirtli içki koronavirusa qarşı müqaviməti gücləndirir

ABŞ-ın Pittsburq Universitetinin alimləri COVİD-19-a qarşı immunitetlə spirtli içki qəbulu arasında qarşılıqlı əlaqə aşkar ediblər.

Reyting.az
xəbər verir ki, tədqiqatçıların ortaya qoyduğu işin nəticəsi hələlik resenziya almasa da, onun mətni ilə “medRxiv.org” saytında tanış olmaq mümkündür.

Amerikalı tədqiqatçılar əvvəlcə yaşlı insanlar arasında koronavirusa yoluxmanın tezliyinə təsir edən amilləri üzə çıxarmağa çalışıblar. Onlar tədqiqat işinə cəlb olunan adamların psixi cəhətdən sağlamlığını, somatik xəstəliklərini, alkoqol və narkotik maddə qəbul etmələrini nəzərə alıblar. Tibbi təcrübədə yaşı 55-103 arasında olan 90 nəfər iştirak edib.

“COVİD-19-un təsirinə məruz qalan və testin mənfi cavabına malik şəxslər, bir qayda olaraq, spirtli içkilərdən daha çox istifadə edənlər olub. Belə pasiyentlər gün ərzində orta hesabla bir stəkan spirtli içki qəbul edirmiş”,- tədqiqatın nəticələrində belə deyilir.

Alimlər qeyd ediblər ki, keçmişdə alkoqolun qəbulu ilə bağlı yaşanan nasazlıq heç də koronavirusa yoluxma riskini çoxaltmır.

Aparılan təcrübənin nəticələri göstərib ki, virusa qarşı müqaviməti pivə, yüngül şərablar deyil, tünd spirtli içkilər gücləndirir və yoluxmaya qarşı ciddi effektli təsirə malik olur.

Xəbərə onu da əlavə etməyi vacib sayırıq ki, sahənin mütəxəssislərinin heç də hamısı yuxarıdakı məntiqlə razılaşmır, əksinə, onlar spirtli içki qəbulunun koronavirusa yoluxma riskini artırdığı qənaətindədirlər.(rambler.ru)




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq