09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Peyvəndin dördüncü dozasına ehtiyac yaranıb - Professor
Tarix: 31-12-2021 18:53 | Bölmə: Cəmiyyət
Peyvəndin dördüncü dozasına ehtiyac yaranıb

Koronavirusun yeni “omikron” ştammına qarşı immuniteti gücləndirməkdən ötrü peyvəndin üçüncü, hətta dördüncü dozasının vurulmasına ehtiyac var.

Reyting.az
xəbər verir ki, bunu “CNN TÜRK” telekanalına açıqlamasında “Şiba” tibb mərkəzinin direktoru, professor Eyal Leşem deyib. Tanınmış mütəxəssisin fikrincə, bu yolla təhlükəli virusun ölümcül təsirinin qarşısını almaq mümkündür.

Doktor Leşem əlavə edib ki, koronavirusun son ştammlarından yüz faiz qorunmaqdan söhbət getməsə də, peyvəndin dördüncü dozası virusa yoluxanlarda ölüm riskini xeyli azalda bilər.

Professor həmçinin diqqətə çatdırıb ki, İsrail dünyada ilk dəfə olaraq kollektiv immunitetin təşkil edilməsinə yaxınlaşıb.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq