09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Sərxoş sərnişin hirsini polisdən çıxmaq istəyib
Tarix: 01-01-2022 10:09 | Bölmə: Cəmiyyət
Sərxoş sərnişin hirsini polisdən çıxmaq istəyib

ABŞ-ın Los-Anceles şəhərindən Nyu-Yorka uçmağa çalışan sərxoş sərnişin yeni ili polis şöbəsində qarşılamalı olub.

“Fox News”in verdiyi məlumatda deyilir ki, Milad axşamı Los-Ancelesdən Nyu-Yorka uçan təyyarəyə bilet alan, amma bərk sərxoş olduğuna görə reysdən kənarlaşdırılan sərnişin acığını polisi yumruqlamaqla çıxmağa çalışıb.

Xəbərdə qeyd olunur ki, “Delta Air Lines” aviaşirkətinin təyyarə reysi ilə öz şəhərinə uçmağa hazırlaşan sərnişinin qeyri-adekvat hərəkətlərini görən hava limanının xidmət personalı polis çağırıb. Qəbul etdiyi alkoqolun təsirindən ayaq üstə gücnən dayanan nyu-yorklu miniyə gedən yol yoldaşlarının üstünə qışqırır və onları nalayiq sözlərlə təhqir edirmiş.

Hadisə yerinə gələn asayiş keşikçiləri davakarı terminaldan uzaqlaşdırıb, şəxsiyyət vəsiqəsini özünə qaytarıblar. Polisin hərəkəti ilə razılaşmayan sərnişin onları ittiham etməyə, sonra isə asayiş keşikçilərindən birinin sinəsindən yumruqla vurmağa başlayıb. Bundan sonra həbs edilərək, polis şöbəsinə gətirilən sərxoş nyu-yorklu yeni ili dəmir barmaqlıqlar arxasında qarşılamalı olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq