18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
Bakı-Qazax magistralında 40-a yaxın avtomobil toqquşub - Ölən və yaralılar var - Fotolar
Tarix: 01-01-2022 12:04 | Bölmə: Cəmiyyət
Bakı-Qazax magistralında 40-a yaxın avtomobil toqquşub - Ölən və yaralılar var

Bakı-Qazax magistralında ağır zəncirvarı yol qəzası baş verib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, qəza Bakı Qazax magistralının 113-cü kilometrliyində - Hacıqabul ərazisindən keçən hissədə 40-a yaxın avtomobilin iştirakı ilə olub.

İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb.

Əlavə məlumat veriləcək.

***

Hacıqabul rayonunda zəncirvari qəzada 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Reyting.az
-ın “Report”a istinadla verdiyi məlumata görə, qəza nəticəsində Sabirabad rayon sakini, 1970-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələkbər oğlu həyatını itirib.

Bildirilib ki, körpünün üzərində “VAZ-2107” markalı avtomobil “Mercedes” markalı nəqliyyat vasitəsinə arxadan çırpılıb. Bu zaman avtomobillərdə olanlara kömək məqsədilə Sabirabad rayon sakini, 1970-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələkbər maşınından düşüb. Bu zaman sürətlə hərəkətdə olan sərnişin avtobusu sözügedən avtomobillərə çırpılıb. Nəticədə 10 maşına ciddi ziyan dəyib. C. Ələkbərov isə hadisə yerində ölüb.

Hazırda 7 yaralının adı məlumdur. Bunlar Sabirabad rayon sakinləri - 2007-ci il təvəllüdlü Ələkbərov Fəxri Cəlil oğlu, 2005-ci il təvəllüdlü Əliyev Xəyyam Əyyam oğlu, 1994-cü il təvəllüdlü Məmmədova Rüfanə Mehman qızı, 2019-cu il təvəllüdlü Həsənli Əsmər Həsən qızı, 1977-ci il təvəllüdlü Ələkbərov Elmir Ələkbər oğlu, Bakı şəhər sakinləri - 1982-ci il təvəllüdlü Vəliyeva Mahirə Vaqif qızı, 1968-ci il təvəllüdlü Həsənov Fəxrəddin İsmayıl oğludur.

Son məlumata görə, zəncirvari qəza 20 avtomobilin iştirakı baş verib.










Bölməyə aid digər xəbərlər
23-07-2025, 15:11 Hərbçimiz vəfat edib
21-07-2025, 13:35 Çilingəri "tok" vurub"