09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Kürdəmirdə mikroavtobus aşıb, ölən və yaralılar var
Tarix: 01-01-2022 14:28 | Bölmə: Cəmiyyət
Kürdəmirdə mikroavtobus aşıb, ölən və yaralılar var

Kürdəmir rayonunda ağır yol qəzası baş verib. Ölən və yaralananlar var.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Ağdam-Bakı-Ağdam marşrutu üzrə işləyən, 1976-cı il təvəllüdlü Quliyev Elgiz Mirzə oğlunun idarə etdiyi mikroavtobus aşaraq qəzaya uğrayıb. Bakı-Qazax magistralının Kürdəmir rayonu ərazisindən keçən hissəsində baş verən qəzada Xəlilov Rahib Osman oğlu ölüb, bir neçə nəfər ağır yaralanıb.
İlkin məlumata görə, yaralılar siyahısı belədir:

Quliyev Elgiz Mirzə oğlu,

Xəlilova Şövkət Əhməd qızı,

İbrahimov Cəlal Qüdrət oğlu.

Digər yaralıların kimliyi barədə məlumat yoxdur. Şahidlərin dediyinə görə qəzaya səbəb asfaltın buz bağlaması olub.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq