18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
Bakıda güclü külək əsəcək, rayonlara qar yağacaq
Tarix: 02-01-2022 13:56 | Bölmə: Cəmiyyət
Bakıda güclü külək əsəcək, rayonlara qar yağacaq

Yanvarın 02-si axşamdan 03-ü günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 04-də isə cənub-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib.

Azərbaycanın rayonlarında yanvarın 02-si axşamdan 03-ü günün ikinci yarısınadək, 04-ü axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 02-04-də qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-07-2025, 15:11 Hərbçimiz vəfat edib
21-07-2025, 13:35 Çilingəri "tok" vurub"