13:22 / 14-09-2025
Sabah yağış yağacaq
Zaqatalada yardımçı təsərrüfatları yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Tarix: 03-01-2022 11:36 | Bölmə: Cəmiyyət
Zaqatalada yardımçı təsərrüfatları yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Zaqatalada yardımçı təsərrüfatları yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Reyting.az
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istnadla bildirir ki, yanvarın 1-də gecə saat 2-dən 4-dək olan müddətdə Zaqatala rayonunun Mosul kəndində kənd sakinləri - İ.Süleymanova, Q.Məmmədova və R.Məmmədova məxsus yardımçı təsərrüfatlarda yanğınlar baş verib. Nəticədə həmin yardımçı təsərrüfatların konstruksiyaları yanıb, xəsarət alan olmayıb.

Məlumatlarla əlaqədar Zaqatala Rayon Polis Şöbəsində dərhal müvafiq araşdırmalara başlanılıb və yanğınların kənd sakini Əhliman Gülməmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən Ə.Gülməmmədov saxlanılıb.

Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq