18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 03-01-2022 12:38 | Bölmə: Cəmiyyət
Sabah hava necə olacaq?

Yanvarın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Reyting.az
xəbər verir ki, sabah havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq rayonlarda yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-6° isti olacaq.




Bölməyə aid digər xəbərlər
23-07-2025, 15:11 Hərbçimiz vəfat edib
21-07-2025, 13:35 Çilingəri "tok" vurub"