09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Rusiyada saxta spirtdən ölümə görə cinayət işi qaldırılıb
Tarix: 03-01-2022 17:05 | Bölmə: Cəmiyyət
Rusiyada saxta spirtdən ölümə görə cinayət işi qaldırılıb

Moskva yaxınlığındakı Balaşixa qəsəbəsində üç nəfərin zəhərlənmədən dünyasını dəyişməsi faktına görə cinayət işi açılıb.

Bu barədə “rambler.ru” saytına Rusiya Federasiyası Moskva ətrafı İstintaq Komitəsi idarəsindən məlumat verilib.

Cinayət işi təhlükəsizlik tələblərinə cavab verməyən, iki və daha çox insanın ölümünə səbəb olan məhsul və malların realizəsi maddəsi ilə başladılıb. Həmin maddə üzrə cəzanın maksimum müddəti 10 ilə qədər azadlıqdan mərumetmə nəzərdə tutulur.

Məlumatda deyilir ki, dünən axşam Balaşixadakı mənzillərin birində üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti aşkar edilib. Təcili tibbi yardım eyni mənzildə ölənin huşsuz halda olan tanışını da xəstəxanaya çatdırıb. Müstəntiqlər hadisə yerində spirt tərkibli məhlul dolu kanistr aşkar ediblər.

Balaşixadakı başqa bir mənzildən daha iki nəfər – kişi və qadın xəstəxanaya aparılıb. Az sonra hər ikisi hələlik müəyyən olunmamış spirtdən zəhərlənmə nəticəsində dünyasını dəyişib.

İstintaq artıq müəyyən edib ki, hər iki mənzildən tapılan spirt eyni yerdən alınıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq