09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Konstitusiya Məhkəməsi Şirvan Apellyasiya Məhkəməsinin müraciətini icraata götürüb
Tarix: 05-01-2022 13:17 | Bölmə: Cəmiyyət
Konstitusiya Məhkəməsi Şirvan Apellyasiya Məhkəməsinin müraciətini icraata götürüb

Azərbaycan Konstitusiya Məhkəməsi Şirvan Apellyasiya Məhkəməsinin müraciətini icraata götürüb.

Reyting.az
Konstitusiya Məhkəməsinə istinadla xəbər verir ki, Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Mülki Məcəlləsinin 340.2-ci (Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir) maddəsinin şərh edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun yanvarın 25-nə təyin edilən iclasında baxılacaq.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq