09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Bakıda yanacaqdoldurma məntəqəsinə saxta pul verən saxlanılıb
Tarix: 06-01-2022 12:43 | Bölmə: Cəmiyyət
Bakıda yanacaqdoldurma məntəqəsinə saxta pul verən saxlanılıb

Bakıda yanacaqdoldurma məntəqəsinə saxta əsginas təqdim edən şəxs saxlanılıb.

Reyting.az
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə yanvarın 4-də saat 22 radələrində Babək prospektində yerləşən yanacaqdoldurma məntəqələrinin birində bir nəfərin 200 manatlıq saxta əsginas verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinas verməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Mikayılov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq