Dünyada koronavirusa yoluxanların sayı 300 milyonu keçib
Tarix: 07-01-2022 10:20 | Bölmə: Cəmiyyət
Dünyada koronavirusa yoluxanların sayı 300 milyonu keçib

Amerikanın Con Xopkins Unversitetinin yaydığı məlumatda qeyd olunur ki, bu günədək dünyada COVİD-19 virusuna 300. 002. 021 insan yoluxub.

Universitetin məlumatında pandemiya dövründə koronavirusdan dünyasını dəyişənlərin sayı da aşıqlanıb: 5.471.856 nəfər. Bu dövrdə planet üzrə virus daşıyıcılarına 9,33 milyard doza peyvənd vurulub.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Gebreyesus bir qədər əvvəl bəyan etmişdi ki, koronavirusun “delta” və “omikron” ştammları dünyada “yeni yoluxma qasırğasını” əmələ gətirə bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:52 Sabah yağış yağacaq
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}