13:22 / 14-09-2025
Sabah yağış yağacaq
2500-dən artıq qazinin əlillik təyinatı aparılıb
Tarix: 07-01-2022 12:26 | Bölmə: Cəmiyyət
2500-dən artıq qazinin əlillik təyinatı aparılıb

"Vətən müharibəsində iştirak edərək yaralanan və ilkin olaraq ağır hal kimi müəyyənləşdirilən 3 805 qazinin qiymətləndirilməsini aparılıb”.

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.

Müdir müavininin sözlərinə görə, onlardan 3 729 nəfərə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən şəhadətnamə verildikdən sonra qiymətləndirmə aparılıb: “Ötən il Vətən müharibəsinin 2 500-dən artıq qazisinə əlillik təyinatı aparılıb. Ağır hal kimi qiymətləndirilən bütün qazilər tibbi-sosial ekspert komissiyalarının əməkdaşları tərəfindən evlərində müayinə olunub və protokollaşdırılaraq müvafiq təyinatlar aparılıb”.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq