Xaricdə doktorantura təhsilinə sənəd qəbulunun vaxtı açıqlanıb
Tarix: 07-01-2022 14:07 | Bölmə: Cəmiyyət
Xaricdə doktorantura təhsilinə sənəd qəbulunun vaxtı açıqlanıb

Xaricdə doktorantura təhsilinə sənəd qəbulunun vaxtı bəlli oldu.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir.

Bu il üçün birinci sənəd qəbulu fevral-aprel ayında, ikinci sənəd qəbulu isə iyul - sentyabr aylarında baş tutacaq.

Qeyd olunub ki, proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub.

Maraqlananlar tələb olunan sənədlərlə link vasitəsilə tanış ola bilər. Əlavə sual yaranarsa, FAQ/MVS və ya dpinfo@edu.gov.az elektron ünvanına müraciət etmək mümkündür.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:52 Sabah yağış yağacaq
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}