Lerikdə su borularını kimlər söküb daşıyır?
Tarix: 08-01-2022 21:40 | Bölmə: Cəmiyyət
Lerikdə su borularını kimlər söküb daşıyır?

Lerik rayonu ərazisində dövlətə məxsus su borularının oğurlandığı iddia olunur. Reyting.az-ın məlumatına görə, sosial şəbəkədə yayılan görüntülər vasitəsilə diqqətə çatdırılır ki, məmurların himayədarlığı ilə oğurlanan boruların təxmini qiyməti 960 min manatdır.

Sosial şəbəkə istifadəçisi bu məsələdə rayon rəhbərliyini ittiham edir. Onun iddiasına görə, bu cinayətə şərait yaratmaq üçün böyük məbləğdə rüşvət alınıb.

Qeyd edək ki, yerli hakimiyyət də məsələyə reaksiya verib. Bildirilir ki, 16 km-lik Qosmalian-Lerik yüksək təzyiqli su kəməri 1996-cı ildə daxili imkanlar hesabına Lerik Rayon İcra Hakimiyyəti tərəfindən çəkilsə də, sonradan “Azərsu” ASC-nin balansına verilib.

Diqqətə çatdırılır ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Dünya Bankının maliyyə dəstəyi ilə 2018-ci ildə Lerik şəhərinə yeni su xətti çəkilib və şəhərin kanalizasiya şəbəkəsi qurulub. 1996-cı ildə inşa edilmiş sözügedən su kəməri isə artıq istifadəsiz olub. Əlavə olunur ki, “Azərsu” ASC-nin Lerik Rayon İcra Hakimiyyətinə etdiyi (07/01-5/4/20340 nömrəli, 17 dekabr 2021-ci il tarixdə) müraciət əsasında bu xətt Regional Sukanal İdarəsinin Lerik sukanal sahəsi üzrə balansından silinib. Sökülməmiş müxtəlif diametrli su və kanalizasiya boru kəmərlərinin (polad, çuqun, azbest) çıxarılmayan hissələrinin 01 aprel 2022-ci il tarixə qədər çıxarılması və daşınması işləri “Azərsu” ASC ilə “İZİ” MMC arasında 11 noyabr 2021-ci il tarixli LSLC-2021/97 nömrəli müqavilə üzrə aparılır.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}