18:40 / 14-09-2025
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
17:39 / 14-09-2025
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
17:31 / 14-09-2025
Prezident Şuşakənddə görülən işlərlə tanış olub - Fotolar
15:37 / 14-09-2025
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14:57 / 14-09-2025
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
13:50 / 14-09-2025
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
13:22 / 14-09-2025
Sabah yağış yağacaq
13:17 / 14-09-2025
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
11:49 / 14-09-2025
Qar və leysan yağır, çaylardan sel keçir
10:29 / 14-09-2025
Dünya çempionatı Bakıda keçiriləcək
10:10 / 14-09-2025
Bayramov Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək
10:05 / 14-09-2025
İki qəzada üç nəfər həyatını itirib
20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
18:41 / 13-09-2025
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
16:41 / 13-09-2025
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
06:10 / 11-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

21:32 / 10-09-2025

20:48 / 13-09-2025

14:28 / 10-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

17:29 / 10-09-2025

10:50 / 12-09-2025

23:44 / 12-09-2025

Müstəqillik dövrü ədəbiyyatımızda yeni obrazlar
Tarix: 10-01-2022 13:36 | Bölmə: Cəmiyyət

Zeynəb Cəfərova
BDU-nun müəllimi,
Filologiya üzrə fəlsəfə doktoru
(Yazıçı Kənan Hacı nəsrinə qısa ekskurs)
Ədəbiyyat gerçəklikləri sənətə çevirməyi bacaran möcüzəli bir mexanizmdir. Şüur və şüuraltı ilə əlaqələri bədii mətnə çevirmək o qədər də asan deyil. Yazıçı intuisiyası deyilən bir anlayış var, yazıçı ətrafımızda baş verən adi hadisələrə məhz intuisiya və istedad sayəsində bədii don biçir. Dilin içində barındırdığı gücdən yararlanan yazıçı onun ifadə imkanlarını yeniləyir və sanki dilə yeni nəfəs verir.
Kənan Hacının nəsr əsərlərini oxuyanda ilk növbədə dilin təravəti və mütəhərrikliyi diqqəti çəkir. Hiss olunur ki, yazıçı istifadə etdiyi dilə qarşı son dərəcə həssaslıqla yanaşır, mətni cümlə-cümlə qurur. Onun hekayə və romanlarında zamanın axışı hissolunacaq dərəcədədir. Təhkiyə boyu zaman sanki su kimi axır. Xüsusən “Sonuncu dərviş” romanında zaman obrazı daha qabarıq nəzərə çarpır. Müəllif bu əsərdə öz dövrünü və müasirlərini anladır, gerçək yaşantılarını səmimi şəkildə nəql edir. Təsadüfi deyil ki, əsər “gerçək roman” kimi təqdim olunur. Avtobioqrafik səciyyə daşıyan bu tipli romanlar dünya ədəbiyyatında kifayət qədərdir. Məsələn, Xalidə Ədib Adıvarın “Bənövşə salxımlı ev”, Zülfü Livanelinin “Sevdalım həyat”, Vladimir Nabokovun “Danış, yaddaş” romanları bu səpgili əsərlərdir. Kənan Hacının “Yaddaş kartı” və “Sonuncu dərviş” romanlarını oxuyanda bu əsərlər gözümüz önünə gəlir. Çox güman ki, bu dilogiyanın üçüncü əsəri də yazılacaq və trilogiya tamamlanacaq. Ümumiyyətlə, Kənan Hacı ilk romanından bəri gerçəkliyi özəlliklə yeni və inandırıcı şəkildə anlatmağa çalışır. Bəlli bir zaman və onun arxasında görünən tarix bu əsərlərdə iç-içədir. Zaman və məkan metaforası yazıçının əsərlərində ustalıqla mətnin fabulası ətrafında bir şəbəkə yaradır.
“Sonuncu dərviş” romanı ədəbi tənqidin də diqqətini çəkmiş, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda görkəmli tənqidçi-ədəbiyyatşünasların iştirakı ilə əsərin müzakirəsi keçirilmişdir.
Yazıçının “Çəhrayı qan”, “Yağ kimi”, “Rəqqasə” və “Fironun dəftəri” romanlarının hər biri fərqli estetika üzərində qələmə alınıb.
“Yağ kimi” romanı hörmətli yazıçımız Orxan Fikrətoğlunun təbirincə desək, karnaval estetikasında yazılmış romandır. Bu üslub Azərbaycan ədəbiyyatında yeni və fərqli paradiqmanın başlanğıcıdır. Camış Abdulla obrazı keçid dövrünün uğursuz, talesiz yaradıcı adamlarının ümumiləşdirilmiş obrazıdır. Əsərin əvvəlindən sonunadək tragikomik situasiya domunantlıq edir. Əsərdə istifadə edilmiş karnaval elementləri bədii yalanla sərt gerçəyin toqquşması fonunda təqdim olunur.
“Fironun dəftəri” pritçavari romandır. Firon obrazı da ədəbiyyatımızda tamamilə yeni bir obrazdır. Gəncliyi xaotik bir dövrə təsadüf edən Firon başsız axınların cənginə düşür, uşaqlıq travmaları, düşdüyü qeyri-sağlam mühit onun mənəvi inkişafına əngəl törədir. Müəllif onun daxili aləmini açmaq üçün arabir magik, mistik elementlərdən, yuxu xronotopundan da istifadə edir. Romanda müasir zəmanənin fərqinə varmadığımız mənzərələri ilə qarşılaşırıq. Firon faciəvi obrazdır. O, vəhşi kapitalizmin insan həyatında yaratdığı böyük burulğan və tərəddüdlərin qurbanlarındandır.
Gələk “Çəhrayı qan” və “Rəqqasə” romanlarına. Nabat nəsrimizdə unikal, bənzəri olmayan bir obrazdır. Onun gəncliyini müharibə məhv edib. Qarabağ savaşının ilk qadın qəhrəmanlarındandır Nabat. Bu yazı üzərində işləyərkən internetdə bəzi araşdırmalar apardım. “Rəqqasə” romanı son illərdə ən çox oxunan kitablar sırasında olub. Bu, heç də təsadüfi deyil. Əsər iki əbədi mövzu üzərində qurulub: müharibə və sevgi. Əsəri oxudan Nabatın taleyidir.
Öz taleyinin havasına rəqqasəlik edən qadının faciəvi obrazı toplumun dəyərləri ilə toqquşub çilik-çilik olur. Xilas olma cəhdləri və mənəvi çöküş prosesi oxucunun gözləri önündə əyaniləşir. Sevgi də onu xilas etməkdə acizdir.
Bu fikirlər isə dəyərli şairəmiz Kəmalə Abıyevanın roman haqqında yazdığı “Rəqqasə”nin anası” yazısındandır:
“Müharibə Nabatın ilk sevgisini də əlindən alır. Nabat ölmür, amma "xatirələr yaddaşın dibinə çöksə də "unudulmur. Müharibədə ölümün əlində olan qız demə daha xoşbəxt imiş. Çünki o öz bədbəxtliyi üçün sağqaldığını bilmir. Keçmiş döyüşçü, vətən qeyrəti çəkən gənc qız qeyrətsizliyin hədəfinə çevrilir. Onun sabahları müharibə dəhşətinin içində yaşadığı xoşbəxt anların qurbanı olur. Gecələrində "Ay daha qovun dilimi kimi şipşirin deyildi,zəqqumdan da acı dadırdı.” Bu aydan arı, sudan duru Nabatın "Rəqqasə” olduğu gecələrin ayı idi. Bu, Rəqqasənin aylı gecəsiydi. Bu, bir kişinin namərdliyi üzündən bədbəxt doğulan, amma yaşamağa çalışan Almazın "əxlaqsızlıq yuva”sına çevrilən evinə düşən, bir vaxt vətəni üçün, indisə həyat acılarıyla döyüşən Kənan Hacının yaratdığı "Rəqqasə”nin gecəsiydi”.
Bu isə tanınmış yazıçı Şərif Ağayarın fikridir:
“Bakı həyatının dibini Kənan Hacı qədər yaşayan və bilən ikinci bir yazıçı tanımıram. Çəhrayı qan” yüksək zövqlə, dadlı-duzlu, oxunaqlı dillə yazılmış bir əsərdir. Kənan Hacı həyatın dibindəki ən sarsıdıcı və utanılası mənzərələri çəkinmədən qələmə almağı bacarır. Oxucu əsərin tez bitməsinə heyfsilənir, maraqlı müşahidələrin, təsvirlərin bir az da davam etməsini arzulayır”.
“Rəqqasə” romanı haqqında Türkiyə Universitetlərindən birində elmi iş yazılıb. Professor Ozcan Yavuz bu roman haqqında “Azərbaycan nəsrində savaşçı qadın” adlı monoqrafiya yazıb. “Çəhrayı qan” romanı Milli Kitab Müsabiqəsində ilk onluğa düşmüş əsərlərdəndir. Azərbaycan nəsrində Nabatın taleyini yaşayan obraz demək olar ki, yox dərəcəsindədir. Bu, Kənan Hacının bir yazıçı kimi uğurudur. Bu iki roman – “Çəhrayı qan” və Rəqqasə” müstəqillik dövrü ədəbiyyatımızın ən ciddi əsərlərindəndir.
“Hacı İsgəndər” yazıçının ilk tarixi romanıdır. Bu irihəcmli əsərdə Kənan Hacı tamamilə fərqli performans sərgiləyir. Ötən əsrin əvvəllərində Bakıda baş vermiş tarixi hadisələr zamanın ruhuna uyğun təsvir edilir.
Hacı İsgəndər erməni quldurlarına qarşı savaşan xalq qəhrəmanıdır. Bu unudulmuş qəhrəmanı yazıçı yenidən xalqın yaddaşına qaytarır. Əsərdə bir sıra görkəmli şəxsiyyətlərin - Nuru Paşanın, Tələt Paşanın, Ömər Faiq Nemanzadənin, Hacı Zeynalabdin Tağıyevin, Nağı bəy Şeyxzamanlının obrazları yaradılıb. Əsər tarixi faktlar və gerçək sənədlər əsasında yazılsa da sənədli deyil, sırf bədii romandır. İnanırıq ki, bu əsər də müasir ədəbiyyatımızın maraqlı hadisəsi kimi layiq olduğu qiyməti alacaq.
Yazıçının yenicə çapdan çıxmış “Hakimə açılan atəş” romanı isə 44 günlük Vətən savaşında Azərbaycan xalqının qələbəsi ilə tamamlanır. Bu romanla Kənan Hacı həm də ədəbiyyatımıza ədalətli hakim obrazını gətirdi ki, bu da müstəsna bir hadisədir. Hakim Məhərrəm Məmmədov o dövrün laqeyd, yarıtmaz, kəmfürsət məmurlarından fərqli olaraq daim cəbhə bölgəsinə səfərlər edir, əsgərlərimizi döyüş ruhlandırır, onlara maddi və mənəvi yardımlar edir. Sonda Kültəpə deyilən yerdə düşmən mərmisinə tuş gəlir.
Yeri gəlmişkən, müharibə mövzusu Kənan Hacı yaradıcılığında təzə deyil. Bundan əvvəl yazıçının “İsgəndər şikəstəsi” kinopovesti çap olunub. Bu əsər aprel döyüşlərindən bəhs edir. Povestdə ev-eşiyi düşmən əlində qalan balaca İsgəndərin taleyi qələmə alınıb. “Timsah olmasaydı” povestində isə müharibədən şikəst qayıtmış əsgərin öz sevgisinə qovuşması təsvir edilir. Onun “Qarabağ hekayələri” silsiləsindən bir neçə hekayəsi ədəbi mətbuatda işıq üzü görüb. “Hakimə açılan atəş” romanında isə müharibənin xronologiyasına nəzər salınır. Yazıçı tez-tez əsər boyu keçmişə ekskurs edir, düşmənin ötən əsrdə Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımları xatırladır, yaddaşımızı təzələyir.
Romanın təsir gücü sadəcə, bir insanın başına gələn hadisələrlə məhdudlaşmır. Müəllif bizi sanki həmin hadisələrin bağlı olduğu tarixi epoxanın içindən keçirir. “Hakimə açılan atəş” romanında tarixi proseslərə baxış da xeyli fərqlidir. Münaqişənin ilkin simptomları xırda hadisələrdə özünü göstərir və getdikcə miqyası genişlənir. Faciəvi hadisələrin başlanğıcı ilk baxışda əhəmiyyətsiz görünən bu xırda detallarla irəliləyir. Məhərrəmin idealizmi ilə həyatın sərt gerçəkliyi toqquşur, ədalət hissi onu geri çəkilməyə qoymur. O, mübarizə aparır, savaşır, ədaləti bərqərar etməyə çalışır.
“Hakimə açılan atəş” salnamə xarakterli bir romandır.Bu münasibətlə yazıçını təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:22
Sabah yağış yağacaq
Dünən, 15:48
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
12-09-2025, 18:29
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
12-09-2025, 17:23
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
12-09-2025, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
12-09-2025, 14:35
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
12-09-2025, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
12-09-2025, 12:53
Sabah yağış yağacaq
12-09-2025, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
12-09-2025, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
12-09-2025, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
12-09-2025, 00:55
Çimərlikdə qadınları videoya çəkən şəxs həbs edilib - Foto
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb
11-09-2025, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
11-09-2025, 17:06
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
11-09-2025, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
11-09-2025, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
11-09-2025, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
7-09-2025, 18:05
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var