Stomatoloji məntəqədə narkotik istifadə edən diş texnikləri saxlanılıb - Foto
Tarix: 10-01-2022 18:24 | Bölmə: Cəmiyyət
Stomatoloji məntəqədə narkotik istifadə edən diş texnikləri saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə istifadə edən şəxslər tutularaq məsuliyyətə cəlb edilib.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən stomatoloji məntəqədə çalışan diş texniklərinin orada narkotik vasitə qəbul etmələrinə dair məlumat daxil olub. Polis əməkdaşları həmin obyektə baxış keçirib və orada müştərilərə xidmət göstərən Rəsul Səfərovla Mövlud Hüseynov saxlanılıb. Tibbi müayinədən keçirilən həmin şəxslərin marixuana qəbul etdikləri məlum olub. Hər iki şəxs barəsində toplanmış materiallar baxılması üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə barələrində qanunamüvafiq tədbir görülüb.

Polis əməkdaşlarını gördükdən sonra məntəqədən uzaqlaşan bir nəfərin isə tutularaq məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Araşdırma zamanı həmin stomatoloji məntəqənin lisenziya olmadan fəaliyyət göstərdiyi aşkarlanıb.





Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}