Bakıda taksi sürücüsünün pulunu zorla alan keçmiş məhkum tutulub
Tarix: 12-01-2022 12:30 | Bölmə: Cəmiyyət
Bakıda taksi sürücüsünün pulunu zorla alan keçmiş məhkum tutulub

Bakıda sərnişin taksi sürücüsünü bıçaqla hədələyib.

Reyting.az
DİN-ə istinadla bildirir ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə dekabrın 28-də saat 22 radələrində A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini İ.Mirzəliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində oturmuş bir nəfərin onu bıçaqla hədələyib 70 manat pulunu və mobil telefonunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş S.Orucov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər