13:22 / 14-09-2025
Sabah yağış yağacaq
Azərbaycanda qan azlığı xəstələrinin sayı bəlli olub
Tarix: 12-01-2022 15:16 | Bölmə: Cəmiyyət
Azərbaycanda qan azlığı xəstələrinin sayı bəlli olub

“2020-ci ildə Azərbaycanda anemiyalardan əziyyət çəkən 43 188 nəfər qeydiyyata alınıb. Bu isə o deməkdir ki, ölkədə hər 100 min nəfərə 433 belə xəstə düşür”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib.

O bildirib ki, bu kifayət qədər böyük rəqəmdir və müraciət edənlərin əksəriyyəti də məhz gənc yaşda olan qadınlardır: “Keçən ilin statistikası isə hələ ki tam yekunlaşmayıb”.

Nazirlik rəsmisi əlavə edib ki, son zamanlar, yəni 2016-cı ildən 2020-ci ilə qədər anemiyadan əziyyət çəkənlərin sayında azalma müşahidə olunur.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq