ÜST: “COVİD-i qriplə qarışdırmayın”
Tarix: 12-01-2022 15:36 | Bölmə: Cəmiyyət
ÜST: “COVİD-i qriplə qarışdırmayın”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19-a qrip xarakterli endemin xəstəlik kimi yanaşılmasının əleyhinə çıxış edib.

Reyting.az
ura.ru-ya istinadla xəbər verir ki, bu barədə ÜST-ün Aropada Fövqəladə Hallar üzrə böyük əməkdaşı Ketrin Smollvud açıqlama verib: “Əlbəttə, hazırda koronavirusu endemik xəstəlik adlandıra biləcəyimiz mərhələdə deyilik. Həmin mərhələ 2022-ci ilin ikinci yarısında başlaya bilər”.

Qeyd edək ki, xanım Smollvudun çıxışının videoyazısı ÜST özünün rəsmi “Twitter” səhifəsində yerləşdirilib. ÜST rəsmisi hesab edir ki, müəyyən müddətdən sonra koronavirus da endemik xəstəliyə çevrilə bilər, amma bunun vaxtı hələ çatmayıb. O, xüsusi olaraq vurğulayıb ki, məhz peyvəndlənmə koronavirusun statusunun yumşaldılması istiqamətində vacib amillərdən sayılır.

Xatırladaq ki, bir qədər əvvəl ÜST dünyada koronavirusa yoluxma üzrə rekord göstəricinin qeydə alındığını açıqlamışdı. Yəni, təşkilat son bir həftə ərzində 15 milyon insanın infeksiyaya yoluxma faktının aşkar edildiyini təsdiqləyib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər