23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Qazaxıstandan Azərbaycana aviareyslər bərpa olunur
Tarix: 13-01-2022 12:33 | Bölmə: Cəmiyyət
Qazaxıstandan Azərbaycana aviareyslər bərpa olunur

Azərbaycan və Qazaxıstan arasında hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa olunur.

Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən məlumata görə, bu gün Bakı vaxtı ilə saat 12:55-də Nur-Sultan-Bakı istiqaməti üzrə uçan təyyarə Bakıya eniş edəcək. Reys Qazaxıstanın "Air Astana" şirkəti tərəfindən yerinə yetirilir.

Bildirilib ki, bu istiqamət üzrə ən yaxın reys yanvarın 16-da yerinə yetiriləcək və təyyarə Bakıda saat 21:50-ə eniş edəcək: "Hava limanından bildirilib ki, bu həftə cədvələ görə, Almatı-Bakı istiqaməti üzrə üç reysin həyata keçirilməsi nəzərdə tutulub – cümə axşamı, cümə və bazar günləri. Lakın onların yerinə yetirilib-yetirilməyəcəyi barədə dəqiq məlumat yoxdur. Bu reyslər cədvəldə nəzərdə tutulub, lakin onların yerinə yetirilməsi barədə dəqiq bir məlumat yoxdur. Çox güman ki, bu reyslər yenidən təxirə salınacaq".




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}