23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Lənkəranda şadlıq sarayının sahibi həbs olunub
Tarix: 13-01-2022 15:50 | Bölmə: Cəmiyyət
Lənkəranda şadlıq sarayının sahibi həbs olunub

Lənkəranda karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub.

Reyting.az
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadla xəbər evrir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində təşkil edilən şənlik mərasimlərindən birində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, “Sultan” şadlıq sarayında təşkil edilən nişan mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi aşkarlanıb. Həmin şadlıq sarayının sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}