Məktəbi vaxtında bitirə bilməyən 517 nəfər attestat alacaq
Tarix: 14-01-2022 11:33 | Bölmə: Cəmiyyət
Məktəbi vaxtında bitirə bilməyən 517 nəfər attestat alacaq

Bakı şəhəri üzrə onlayn formada keçirilən eksternat qaydasında aralıq imtahanlarının nəticələri açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Reyting.az-a verilən məlumata görə, əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahanlara hər iki səviyyə üzrə ümumilikdə 719 nəfər qatılıb, onlardan 517 nəfəri uğur qazanıb.

Eksternat imtahanlarında ümumi orta təhsil səviyyəsi üzrə 140 nəfər, tam orta təhsil səviyyəsi üzrə 377 nəfər uğur qazanıb.

İmtahan nəticələri ilə əlaqədar apelyasiyaya 3 iş günü müddətində 146-0 nömrəli Çağrı Mərkəzi vasitəsilə müraciət etmək olar.

Növbəti mərhələdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək eksternlər müvafiq olaraq ümumi orta və tam orta təhsil haqqında attestat ala biləcəklər.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}