09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Nazir deputatın rəis oğluna töhmət verib - Foto
Tarix: 17-01-2022 11:34 | Bölmə: Cəmiyyət
Nazir deputatın rəis oğluna töhmət verib

Deputat Aqil Abbasın polis rəisi olan oğlu Tuncay Abbasov töhmət alıb.

Reyting.az
“Qafqazinfo”ya istinadla xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işdə yol verdiyi nöqsanlara görə töhmət verilib. Onun Binəqədi RPİ-nin rəisi Musa Musayevin tapşırıqlarını vaxtında icra etmədiyi bildirilir.

Qeyd edək ki, Tuncay Abbasov bundan öncə Suraxanı RPİ 33-cü Polis Bölməsinin rəisi olub. Ötən ilin aprel ayında 7-ci PB-yə təyinat alıb.





Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq