09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
DİN-dən deputatın oğlu ilə bağlı açıqlama: "Vilayət Eyvazovun bu xüsusda hansısa əmri olmayıb"
Tarix: 17-01-2022 13:56 | Bölmə: Cəmiyyət
DİN-dən deputatın oğlu ilə bağlı açıqlama: "Vilayət Eyvazovun bu xüsusda hansısa əmri olmayıb"

Bu gün yerli mətbuatda deputat Aqil Abbasın polis rəisi olan oğlu Tuncay Abbasova töhmət verilməsi ilə bağlı xəbər yayılıb.

Reyting.az
xəbər verir ki, bununla bağlı DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Facebook"da yazdığı statusda məlumatın yanlış olduğunu bildirib:

"Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə töhmət alması ilə bağlı yayılan iddialar əsassızdır. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu xüsusda hansısa əmri olmayıb".




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq