Xocavənddə şirkət işçisi tutulub
Tarix: 18-01-2022 17:54 | Bölmə: Cəmiyyət
Xocavənddə şirkət işçisi tutulub

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisindəki nəzarət postunda aparılan yoxlamalar zamanı tikinti şirkətinin əməkdaşında narkotik vasitə aşkarlanıb.

Reyting.az
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadla xəbər verir ki, Xocavənd RPŞ-nin əməkdaşları Böyük Tağlar kəndi ərazisindəki nəzarət postunda prosedur qaydalarına uyğun olaraq aparılan yoxlamalar zamanı işğaldan azad edilmiş ərazilərə daxil olmaq üçün müvafiq icazəsi olan Masallı rayon sakini Qurbanəli Cabbarovun sərnişini olduğu avtomobil saxlanılıb.

Tikinti şirkətlərindən birini işçisi olan Q.Cabbarova məxsus çantaya baxış keçirilərkən narkotik vasitələr olan metamfetamin və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}