Bakıdakı sərnişin avtobusunun hərəkət sxemi dəyişib
Tarix: 18-01-2022 22:20 | Bölmə: Cəmiyyət
Bakıdakı sərnişin avtobusunun hərəkət sxemi dəyişib

M8 Maştağa-“Gənclik” m/st-sı ekspres xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Reyting.az
-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Dəyişikliyə əsasən, M8 xətti üzrə avtobusların Ziya Bünyadov prospekti, Böyük Şor qovşağı yaxınlığındakı dayanacaq məntəqəsi artıq ləğv edilib.

Maştağa qəsəbəsi-“Gənclik” m/st-sı istiqamətində avtobusların hərəkəti sabahdan “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən keçməklə təşkil ediləcək.

Metronun “Gənclik” stansiyası istiqamətində M8 xətti ilə hərəkətdə olan sərnişinlərdən ikinci perrondan istifadə etmələri xahiş olunur.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}