Təqaüdə göndərilən generala yeni vəzifə verilib
Tarix: 19-01-2022 11:31 | Bölmə: Cəmiyyət
Təqaüdə göndərilən generala yeni vəzifə verilib

Daxili İşlər Nazirliyinin Katibliyinin sabiq rəisi polis general-mayoru Səfər Əliyev nazirlikdə yeni vəzifəyə təyin edilib.

Reyting.az
DİN-ə istinadla xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Səfər Əliyev  nazirliyin Katibliyində mülki şəxs statusunda mütəxəssis vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Əliyev bir neçə gün əvvəl son yaş həddi ilə əlaqədar pensiyaya göndərilmişdi.

Naziirn  əmri ilə onun yerinə DİN Baş Təşkilati-İnspeksiya İdarəsinin sabiq rəis müavini polis polkovniki Nahid Məmmədzadə təyin edilib.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}