Goranboyda minaya düşən şəxslə bağlı açıqlama: "Həyatı üçün hər hansı təhlükə yoxdur"
Tarix: 19-01-2022 13:50 | Bölmə: Cəmiyyət
Goranboyda minaya düşən şəxslə bağlı açıqlama: "Həyatı üçün hər hansı təhlükə yoxdur"

Goranboyun Tap Qaraqoyunlu kəndində, İncəçayı keçən zaman minaya düşən Vüqar Maqsud oğlu Məmmədovun son durumu açıqlanıb.

Goranboy Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, minaya düşən V.Məmmədovun səhhəti hazırda stabildir:

"26 yaşlı Vüqar Məmmədovun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Onun həyatı üçün hər hansı təhlükə yoxdur"/Report.

Məlumat üçün bildirək ki, yanvarın 18-də minaya düşən V.Məmmədovun sol ayağı dizdən amputasiya edilib.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}