13:22 / 14-09-2025
Sabah yağış yağacaq
İsmayıllıda hərbi xidmətdən qayıdan şəxs dəm qazından boğularaq ölüb
Tarix: 19-01-2022 14:01 | Bölmə: Cəmiyyət
İsmayıllıda hərbi xidmətdən qayıdan şəxs dəm qazından boğularaq ölüb

İsmayıllı rayonunda gənc oğlan dəm qazından boğularaq ölüb.

Hadisə bu gün günorta saatlarında rayon ərazisində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Faiq oğlu hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, S.Hüseynov yanvar ayının əvvəlində hərbi xidmətini başa vuraraq evə qayıtmışdı/Report.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq