Nazir: “Son dörd həftədə koronavirusa yoluxanların 40 faizi “Omicron”a yoluxanlardır”
Tarix: 20-01-2022 11:43 | Bölmə: Cəmiyyət
Nazir: “Son dörd həftədə koronavirusa yoluxanların 40 faizi “Omicron”a yoluxanlardır”

“Hələ ki, qapanmalara ehtiyac yoxdur, vəziyyət nəzarət altındadır. Son dörd həftədə koronavirusa yoluxanların 40 faizi Omicrona yoluxanlardır”.

Reyting.az
-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

O bildirib ki, artıq Azərbaycanda da koronavirusun “Omicron” ştammı geniş yayılmaqdadır: “Digər ştammlardan fərqli olaraq onun yoluxduruculuğu daha üstündür. Bununla bağlı rəqəmlər artmaqdadır. Ona görə hər kəs maska rejiminə, sosial məsafəyə riayət etməlidir”.

Nazir vurğulayıb ki, Azərbaycanda reanimasiya çarpayı fondu və tələb olunan lazımi tibbi avadanlıq yüksək səviyyədədir.(APA)




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}