Kamran Əliyev: “Erməni cinayətləri ilə bağlı sübutlar toplanılıb”
Tarix: 20-01-2022 11:50 | Bölmə: Cəmiyyət
Kamran Əliyev: “Erməni cinayətləri ilə bağlı sübutlar toplanılıb”

"Erməni cinayətləri rəsmiləşdirilib, sübutlar toplanılıb"

Reyting.az
xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bunlar beynəlxalq məhkəmələrə müraciət edəndə də istifadə olunub: "Həm də ikitərəfli qaydada həmin şəxslərin tapılması, təhvil verilməsi istiqamətində işlərimiz davam etdirilir. Bir neçə belə hal olub. Bunlarla bağlı mətbuata əvvəllər də bildirmişik ki, Azərbaycana qarşı törədilmiş cinayətlərdə iştirakı olan Ermənistan vətəndaşları və erməniəsilli şəxslər məsuliyyətə cəlb edilib, məhkum olunub və onlar cəzalar alıblar. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk və etdirəcəyik”.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}