Vilayət Eyvazov polkovniki yeni vəzifəyə təyin edib
Tarix: 21-01-2022 12:51 | Bölmə: Cəmiyyət
Vilayət Eyvazov polkovniki yeni vəzifəyə təyin edib

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi baş tutub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Ramin Hüseynov Xətai Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xətai Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Zaur Nəsirov tutduğu vəzifəsindən azad olunaraq Göygöl Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib/Manset.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}