09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
FHN-nin məşhur generalı vəzifədən kənarlaşdırılıb - Foto
Tarix: 21-01-2022 16:28 | Bölmə: Cəmiyyət
FHN-nin məşhur generalı vəzifədən kənarlaşdırılıb

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Nazim Xeyrulla oğlu Məmmədov vəzifəsindən kənarlaşdırılıb.

Məlumata görə, nazir müavininin bir müddətdir səhhətində ciddi problemlər yaranıb.

Nazim Məmmədovun səhhətində yaranan problemin əsas səbəbi barədə redaksiyamıza məlumat daxil olsa da, hazırda informasiyanı dəqiqləşdirməyə çalışdığımız üçün yayımlamağı məqbul hesab etmirik.(qaynarinfo)

Qeyd edək ki, 70 yaşlı Nazim Məmmədov 2007-2018-ci illər Dövlət Gömrük Komitəsinin sədr müavini olub, 2018-ci ildən Fövqəladə Hallar nazirinin müavini vəzifəsini tutur.

Onun oğlu Mustafa Məmmədov da uzun müddət Dövlət Gömrük Komitəsində, daha sonra FHN-də bir sıra vəzifələrdə çalışıb.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevanın mövqeyini öyrənmək mümkün olmayıb.





Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq